|
“Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsinə dair” DİN-in 14.05.2022-ci il tarixli 001-33612-1222 nömrəli Tədbirlər Planının və 16.09.2022-ci il tarixli G50-001-22 nömrəli göstərişinin icrası ilə bağlı 2024-cü ilin aprel ayının 25-də gənclərin DİN sistemində təhsilə və xidmətə cəlb edilməsi məqsədilə respublikanın Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə edən Gənclər və İdman Nazirliyinin Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Firdovsi Nasirovun, baş inspektoru polis polkovniki Laçın Paşayevin və Daxili Qoşunların nümayəndəsi polkovnik Ağacan Zərbəliyevin, İsmayıllı RPŞ-nin əməkdaşlarının, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbələrinin iştirakı ilə görüşlər keçirilib
Gənc əməkdaşların mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda etik davranış qaydalarına riayət etmələrinin təmin edilməsi, neqativ informasiya təsirlərinin neytrallaşdırılması və pis vərdişlərlə mübarizənin gücləndirilməsi məqsədilə 2024-cü ilin aprel ayının 22-də Ağdaş və Ağsu Rayon Polis, 23-də Şamaxı Regional Mühafizə və Şamaxı Rayon Polis, 24-də isə İsmayıllı Rayon Polis şöbələrinin şəxsi heyəti ilə canlı görüşlər keçirilərək seminar-məşğələlər təşkil olunmuşdur
Aprelin 19-da Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclası keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 4-də Hacıqabul Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib