Ölçü:
Rəng:
Şəkillər:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin

Şəxsi Heyətlə İş İdarəsi

Saytın əsas versiyası

Daxili işlər orqanlarında xidmət etmiş 1941-1945-ci illər müharibəsi iştirakçısı ziyarət edilib

May ayının 9-da daxili işlər orqanlarında uzun illər qüsursuz xidmətlərini, gənc əməkdaşların milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onlara xidmətə, dövlətçiliyə sədaqət hisslərinin aşılanmasında xüsusi fəaliyyətlərini nəzərə alaraq, habelə faşizm üzərində qələbənin 79-ciu idönümü münasibətilə Şəxsi Heyətlə İş İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Tural Qəniyev və baş inspektoru polis polkovniki Laçın Paşayev müharibə veteranı, sabiq DİO əməkdaşı İbrahimov Əzim Əlisgəndər oğlunu ziyarət edərək DİN rəhbərliyinin müvafiq əmrilə ayrılmış pul mükafatını ona təqdim etmiş, maddi və mənəvi dəstək göstərmişlər.

Müharibə veteranı Əzim İbrahimov həyatında dərin iz qoymuş keçdiyi döyüş yolları və daxili işlər orqanlarında xidmət etdiyi illərlə bağlı xatirələri bölüşərək ona göstərilən yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirmişdir.